İrəvan dəhşətli faciəyə doğru gedir
26.11.2020
Yaxın 10 il ərzində erməni xalqı məhv olmaq, Ermənistan dövləti isə öz mövcudluğuna son qoymaq həddinə çata bilər.
DM xəbər verir ki, bu barədə Ermənistanın "Vətəndaş Forumu" ictimai təşkilatının üzvü Marine Manuçaryan "İcmal" verilişinin efirində bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan cəmiyyəti iki təbəqəyə bölünüb: bəziləri iddia edirlər ki, Ermənistan hökuməti müharibəni dayandırmağa məcbur olub (çünki Ermənistan hər şeyi itirmək riski ilə üz-üzə qalmışdı), digərləri isə Paşinyana lənət edir və onu xain adlandırır.
"Yaxın zamanlarda Ermənistanda əsl fəlakət başlaya bilər. Ermənilər İrəvanın mərkəzində erməniləri öldürəcək. Bu baş verə biləcək ən dəhşətli şeydir. İndi hər şey məhz buna doğru gedir. Nikol Paşinyan öz taxtını tərk etməyəcək. Vəzifəsindən dişləri ilə sonadək yapışacaq. O, qan tökəcək, qardaş qırğınına rəhbərlik edəcək, amma taxtından dönməyəcək", - deyə Manuçaryan bildirib.