Rus pilotu öldürən türk ələ keçdi
03.07.2018
Gürcüstanda Türkiyə vətəndaşı Serkan Qurtuluş polis tərəfindən saxlanılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı "Hürriyyət” yayıb. Qurtuluşun Suriyada 2015-ci ildə rus pilot Oleq Peşkovun öldürülməsində iştirak etdiyi vurğulanıb.
Türkiyə polisi bundan öncə Qurtuluşun rəhbərlik etdiyi bandaya hücum edərək 49 nəfəri saxlayıb. Lakin Qurtuluş qaçaraq Gürcüstanda gizlənə bilib. Ankara Qurtuluşu İnterpol xətti ilə axtarışa verdikdən sonra o, 29 iyunda Tiflisdə saxlanılıb.
Qeyd edək ki, Su-24 böhranı zamanı təyyarənin pilotu Oleq Peşkovun öldürülməsinə görə məsuliyyəti üzərinə Alparslan Çelik götürüb. Çelik həbs edilsə də, sonrada Peşkovu öldürmədiyini iddia edib. Məhkəmə 2017-ci ildə qanunsuz silah saxlaması iddiası ilə onu beş illik həbsə məhkum edib.