Fransa bəyan etdi: “dqr”i tanımırıq!
26.11.2020
Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma "dqr"i tanımır.
DM Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.
Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:
"Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı”.