Almaniyanın Rusiya qorxusu
26.11.2020
Rusiyanın artan hərbi təhdidi səbəbindən güclü mövqedən çıxış edərək silahsızlandırma ilə bağlı danışıqlara başlamalıyıq.
DM xəbər verir ki, bu sözləri Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.
"Rusiyanın öz silahlı qüvvələrini modernizasiyası üçün güclü yatırımlar etməsi faktdır. Burada yeni növ silahlar da var. Təhlükə açıq-aşkardır”, - deyə nazir bildirib.
O, Rusiyanın hazırda "Avanqard” və "Yars” raket komplekslərini sınaqdan keçirdiyini qeyd edib:
"Silahsızlaşdırma danışıqlarına güclü mövqedən daxil olmalıyıqsa, o zaman mövqeyimizi gücləndirməliyik. Bu, alman xarici siyasətində həmişə yaxşı bir ənənəvi mövqe olub və gələcəkdə də belə olmalıdır”.