Ermənistanın baş qərargah rəisi istefaya gedir
25.11.2020
Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyanın istefası barədə məlumat yayılıb.
DM xəbər verir ki, bu barədə erməni "Telegram" kanallarında məlumat paylaşılıb.
Ermənistan müdafiə nazirliyi xəbəri hələlik təsdiqləməyib. Ehtimal edilir ki, yaxın vaxtlarda Qasparyanın istefası rəsmən elan olunacaq.