TƏBİB-in sözçüsü də koronavirusa yoluxdu
25.11.2020
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış koronavirusa yoluxub.
Bu barədə "Report"a E.Baxış özü məlumat verib.
O bildirib ki, noyabrın 21-də virusun əlamətlərini hiss edib və COVID-19-a görə verdiyi test nəticəsi pozitiv çıxıb.