Araik Arutunyanın Moskvaya müraciəti
25.11.2020
Ermənistan mətbuatı qondarma rejimin rəhbəri Araik Arutunyanla baş nazir Nikol Paşinyan arasında gərginlikdən yazır.
Ermənistan KİV xəbər verir ki, bir neçə gün öncə, Araik Arutunyan Moskva aeroportunda görüntülənib.
Onun Moskvada adı açıqlanmayan yüksək vəzifəli şəxslərlə görüşdüyü xəbər verilir. Araik Arutunyan onu öz adamı ilə əvəzləmək istəyən Nikol Paşinyana qarşı Moskvadan dəstək almaq istədiyi xəbər verilir.
Nikol Paşinyan Arutunyanı Samvel Babayanla əvəzləmək istəyir.