Kəlbəcərin mədəniyyət abidələri
25.11.2020
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bu gün Azərbaycana təhvil verilən Kəlbəcərlə bağlı paylaşım edib.
O, bu barədə "Twitter” hesabında yazıb.
"Biz mədəniyyəti Kəlbəcərə qaytarırıq! Evləri yandırmayan, ağacları kəsməyən, ev heyvanlarını öldürməyən bir davranış mədəniyyətini qaytarırıq! Biz bərpa edəcəyik! QarabağAzərbaycandır!”, - A.Kərimov qeyd edib.
Onun paylaşımından məlum olur ki, Kəlbəcərdə 51 tarixi-mədəniyyət abidəsi, 82 mədəniyyət evi, 80 kitabxana, bir musiqi məktəbi, bir muzey olub.