Məğlubiyyətin günahkarı Paşinyan deyil – Minasyan
25.11.2020
Əgər yaxın aylarda yaxşılaşma olmasa, məğlubiyyət Ermənistana təsir edəcək. Ermənistanda həmişəki kimi dövlət yoxdur. Bu, 2020-ci ildə ermənilərin məğlubiyyətinin əsas səbəbidir.
DM xəbər verir ki, bunu "Lragir.am”a müsahibəsində erməni politoloq Kayç Minasyan deyib.
"30 il prezidentlər və onların koalisiya hökumətləri dövlət yerinə rejimlər qurublar. Nikol bu mirası aldı. Məğlubiyyətə görə o, cavabdeh ola bilməz. Bütün siyasi qüvvələr, hər üç prezident dövlət quruculuğunda öz qabiliyyətsizliklərini etiraf etsinlər. Siyasi partiyalar və dağıdıcı ideologiyaların zamanı keçib. Ermənistanda siyasi məsələləri indi yalnız texnologiyalarla həll etmək mümkündür”, – deyə o bildirib.