Xamenei ABŞ-la danışıqlara inanmır
25.11.2020
ABŞ-da hakimiyyət dəyişikliyinə baxmayaraq, Tehranla Vaşinqton arasındakı danışıqlar prosesində perspektiv yoxdur.
DM xəbər verir ki, bunu İranın Ali lideri Əli Xamenei deyib.
"Biz bir dəfə sanksiyaların ləğvi yoluna çıxmağa cəhd etmişik, amma bu heç nəyə gətirib çıxarmayıb. Tehrana aydın deyil ki, niyə ABŞ hökuməti bu cür siyasət aparır”, – deyə o bildirib.