“Qarabağ” Türkiyəyə yollanıb
25.11.2020
Avropa Liqasının IV turunda "Sivasspor”la qarşılaşacaq "Qarabağ” Türkiyəyə yola düşüb.
Azərbaycan çempionunu İstanbula aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxıb.
Bu gün baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq, həmçinin komanda Bakı vaxtı ilə saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, sabah "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” - "Sivasspor” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.