03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Belçikadakı həmyerlilərimizdən ETİRAZ

24.11.2020

Belçikada yaşayan azərbaycanlı icması ölkəmizin ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Belçika parlamentinə müraciət edib.

DM xəbər verir ki, icma həmçinin bu ölkənin Xarici İşlər Nazirliyinə, Azərbaycandakı səfirliyinə, Avropa Birliyinə, bütün siyasi partiyalara və digər qurumlara müraciət ünvanlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda qazandığı qələbəni həzm edə bilməyən erməni separatçıları və onların diaspor adı altında fəaliyyət göstərən havadarları yenidən hərəkətə keçiblər. Onlar Niderland və Belçika parlamentlərində olan bəzi antiazərbaycan qüvvələrlə birlikdə Qarabağdakı qondarma və cinayətkar rejimin tanınması ilə bağlı addımlar atılmasına cəhd göstərirlər. Belə cəhdlərdən biri Brüssel şəhərində "artsax” ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələrin qurulmasına dair məsələnin gündəmə gətirilməsidir. Yaxın günlərdə bu məsələnin Belçika parlamentində müzakirəyə çıxarılması gözlənilir.

Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən Belçika dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, həm də Azərbaycan-Belçika əlaqələrinə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə zərbə vura bilər.