Bülənt Arınç istefa verdi
24.11.2020
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Bülənt Arınç Türkiyə Prezidenti yanında Ali Məşvərət Şurasındakı vəzifəsindən istefa verib.
DM xəbər verir ki, bu barədə B.Arınç sosial şəbəkə hesabından məlumat yayıb.
Qeyd edək ki, B.Arınç ötən gün verdiyi açıqlamada Gəzi Parkı və 15 İyul hadisələrində ittiham olunan Osman Kavala ilə teror cinayətlərində əli olan HDP-nin sabiq sədri Səlahəddin Dəmirdaşın sərbəst buraxılmasının vacibliyini bildirib. B. Arınç bu açıqlamasından sonra sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə sərt reaksiya göstərib.