ABŞ-ın Türkiyə ilə bağlı yeni planı
24.11.2020
ABŞ Dövlət Departamenti Türkiyədə demokratik dəyərləri gücləndirəcək bir proqram başlatmaq niyyətindədir.
DM xəbər verir ki, bu barədə Rusiyanın RT xəbər agentliyi məlumat yayıb.
"Bu fəaliyyətlər iki ölkə arasındakı münasibətlərin əhəmiyyətinin müsbət qavranılmasını təşviq etməyi, o cümlədən Türkiyə və ABŞ xalqları arasında fərdi, təhsil və işgüzar əlaqələr qurmağı hədəfləyir”, - proqramın mətnində bildirilib.