Şərəf Malkoçdan ermənistanla bağlı AÇIQLAMA
24.11.2020
Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətləri hesabatla dünyaya elan ediləcək.
DM xəbər verir ki, bunu Türkiyə Respublikasının Ombudsmanı Şərəf Malkoç deyib.
O bildirib ki, Ermənistan ordusunun Azərbaycanda müharibə cinayətlərinin hesabatı bu həftədən etibarən Türkiyə və dünyadakı müvafiq qurum və təşkilatlarla Avropa Birliyi ölkələrinin parlamentlərinin insan hüquqları komissiyalarına göndəriləcək.
"Unutduqları bir şey var: artıq dünya əvvəlki dünya deyil. Azərbaycan əvvəlki deyil. Eləcə də Türkiyə... Bu hesabat Ermənistanın insan haqları pozuntularına qarşı beynəlxalq məhkəmələrdə sübut olacaq”, - o bildirib.