Ruslar öz haqlarını - sübut edəcəklər
24.01.2018
Bildiyiniz kimi Olimpiya oyunları ərəfəsində dopinq qalmaqalı hələ də davam etməkdədir.
Rianovosti agentliyinin verdiyi xəbərə görə çərşənbə axşamı, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) komissiyası Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək Olimpiya Oyunlarında potensial iştirakçıların siyahısına daxil olmayan bir sıra rus idmançılarının adları açıqlayıb. Rusiya Olimpiya Komitəsi (ROK) komissiyanın bütün qərarlarının müvəqqəti olduğunu və Rusiya tərəfinin BOK-a haqlarını sübut edə biləcəyini qeyd etdi.