ABŞ hərbi gəmisi Rusiya sərhədini pozdu
24.11.2020
Rusiya hərbi gəmisi ABŞ Donanmasına məxsus gəmini qanunsuz olaraq Rusiya su sərhədləri ərazisində yerləşən Yapon dənizində fəaliyyət göstərərkən aşkarlayıb.
DM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, "Admiral Vinoqradov”gəmisi ABŞ gəmisinə xəbərdarlıq edərək, ölkənin su sərhədlərindən çıxmayacağı təqdirdə müdaxilə ediləcəyini bildirib.
Xəbərdarlıqdan sonra ABŞ gəmisi dərhal neytral zonaya keçib.