Qarabağda uduzan erməni generalın ürəyi partladı
24.11.2020
"Ölümə gedənlər Birliyi”nin sədri, Fövqəladə Hallar Nazirliyində Xilasetmə Xidmətinin rəis müavini çalışmış, general-mayor Astvatsatur Petrosyan ölüb.
Yaxınları onun Qarabağdakı sarsıdıcı məğlubiyyətin təsiri altında ürək tutmasından keçindiyini yazırlar.
Xatırladaq ki, Astvatsatur Petrosyan Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan torpaqlarına təcavüzdə aktiv iştirak edib. O 1992-ci il mayın 8-də Şuşaya hücumun əsas iştirakçılarından olub.