21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fransalı deputatdan AÇIQLAMA

24.11.2020

Qondarma "Dağlıq Qarabağ Respublikası”nın ("DQR”) tanınması ilə bağlı qətnamələr Fransa hökuməti tərəfindən avtomatik addımların atılmasını nəzərdə tutmur”.

DM-ın xəbərinə görə, bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü Jan Mişel Mis "Sputnik Armenia”ya açıqlamasında deyib.

O bildirib ki, qondarma "DQR”-in tanınması ilə bağlı qətnamələr hazırda Fransa parlamentinin həm yuxarı, həm də aşağı palatalarında müzakirə olunur.
Deputatın sözlərinə görə, adıçəkilən məsələ noyabrın 25-də Senatda, dekabrın 3-də isə Milli Assambleyasında müzakirə ediləcək.

Jan Mişel Mis vurğulayıb ki, qətnamələr qəbul olunduqdan sonra Fransa hökumətini icrası mümkün olmayan hərəkətlərə məcbur etsə, hökumətin qətnamələrin layihəsini tanımamaq və ona veto qoymaq hüququ var. Belə ki, bu, Fransa konstitusiyasının 34-cü maddəsinin 1-ci bəndində əks olunub: "Belə olan halda layihə gündəliyə daxil edilməyəcək. Lakin belə hal Dağlıq Qarabağla bağlı layihələrdə baş verməməlidir, çünki bu qətnamə layihələrinə baxılma tarixləri artıq müəyyənləşdirilib. Prosedura əsasən, parlament sədri qətnamə layihəsini Baş nazirə təqdim edir və daha sonra hökumət qətnamənin müddəalarına əməl edib-etməyəcəyinə qərar verməlidir. Hökumətdən bununla bağlı hər hansı mənfi cavab daxil olmayıb”.

Qeyd edək ki, hər iki qətnamə layihəsi Fransa parlamentinin müxtəlif siyasi qüvvələrinin nümayəndələri tərəfindən hazırlanıb. Layihə Milli Assambleyada "Respublikaçılar” fraksiyasından olan deputatlar, Senatda - fərqli fraksiyaların deputatları (respublikaçılar, mərkəzçilər və başqaları) tərəfindən hazırlanaraq təqdim edilib.

Xatırladaq ki, qətnamə layihələrində hökumətə Dağlıq Qarabağ Respublikasının əhalisi üçün təhlükəsizlik zəmanətinin alınması və qondarma "respublika”nın tanınması prosesinə başlamaq, dərhal oraya humanitar yardımın göndərilməsi, həmçinin avropalı tərəfdaşlarla birlikdə Türkiyənin Avropa İttifaqına üzv qəbul olunması ilə bağlı danışıqlar prosesini yenidən nəzərdən keçirmək təklif olunur.