ABŞ generalları araşdırmaya başladı
24.11.2020
ABŞ Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində düşmənə qarşı istifadə etdiyi taktikaları araşdırmağa başlayıb.
DM xəbər verir ki, bu barədə "Yeni şəfəq” nəşri məlumat yayıb.
ABŞ ordusundakı bir general Qarabağdakı hərbi əməliyyatların gələcək müharibələrdə hadisələrin necə inkişaf edəcəyini təxmin etməyə imkan verdiyini söyləyib.
"Bu taktika Azərbaycan Ordusunun erməni qüvvələrini sürətlə məğlub edib irəliləməsinə imkan verdi. Bəlkə də gələcəkdə Çin və ya Rusiya orduları ABŞ-a qarşı müharibədə oxşar taktikalardan istifadə edəcəklər. Bu səbəbdən ABŞ hərbçiləri bu cür regional qarşıdurmaların təcrübəsini öyrənməlidir”, - general bildirib.