21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Lavrov İrəvana bunun üçün gəlmişdi

24.11.2020

Lavrov İrəvana Paşinyan və Sərkisyandan kapitulyasiyanı şəxsən qəbul etmək üçün gəlmişdi.

DM xəbər verir ki, bu iddia ilə "Lragir.am” saytı çıxış edib.

"Paralel olaraq Moskvada təbliğat səviyyəsində məsuliyyətin ermənilərin üzərinə atılması davam edir. Şəxsən Prezident Putin artıq bir neçə dəfə Ermənistanı qınayıb ki, onun Qarabağı tanımamasına görə o, Qarabağı Azərbaycan ərazisi sayır, KTMT isə buranı məsuliyyət zonası saymadığı üçün kömək edə bilməyib. "Qarabağ prezidentinin müşaviri” vəzifəsini tutan şəxs isə bəyan edir ki, Qarabağın beynəlxalq aləm tərəfindən tanınması Rusiyanın maraqlarına ziddir və ona qarşı sui-qəsddir. Böyük ehtimalla Moskva Türkiyə ilə birgə sentyabr müharibəsini planlayaraq reallaşdırıb ki, Lavrov planını həyata keçirsin”, – deyə məqalədə iddia edilib.

Sayt, həmçinin Moskvanın bunun vasitəsilə Ermənistana Ankara ilə birbaşa dialoq başlatmaqdan başqa şans qoymadığını bildirib.

Məqalədə qeyd edilib ki, son müharibədən sonra Ermənistan üçün KTMT artıq yoxdur.