Baydenin 4 il ərzindəki əsas vəzifəsi
24.11.2020
Pandemiya ilə mübarizə və iqtisadi vəziyyətin yaxşılaşdırılması ABŞ-ın yeni administrasiyasının 4 il boyunca əsas istiqamətlərindən biri olacaq.
DM xəbər verir ki, bu barədə Monmut Universitetinin Təhqiqatlar Xidmətinin apardığı sorğuda qeyd olunub.
Soruğuda hər iştirakçıya bir neçə vacib hesab etdikləri problemləri sadalamaq təklif olunub.
Sorğuda iştirak edənlərin 42 faizi pandemiyanı, 36 faizi iqtisadi vəziyyətin yoluna qoyulmasını, 15 faizi irqçilik və s. əsas problem olaraq dəyərləndirib.
Sorğu 810 nəfər arasında keçirilib.