4 milyonadək insan işsiz qaldı
23.11.2020
Qlobal enerji sektorunda 4 milyonadək insan işsiz qalıb.
DM xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (İEA) icraçı direktoru Fateh Birol deyib.
İEA-nın icraçı direktoru vurğulayıb ki, şirkətlər iflasın qarşısını almaq üçün sərmayələrini azaldır, iş yerlərini ixtisar edir. Hazırda dünyada kütləvi ixtisar dalğası var. Belə ki, enerji sektorunda 4 milyona yaxın insan artıq öz işini itirib.