21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə XİN-dən TAPŞIRIQ

23.11.2020

"Türkiyəyə məxsus ticarət gəmisində beynəlxalq dəniz qanunlarına uyğun olmayan axtarışın aparılmasına etiraz edirik, beynəlxalq sularda hər bir dövlətin bayrağını daşıyan gəmidə axtarış aparmaq üçün həmin dövlət tərəfindən icazənin verilməsi əsasdır”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy Aralıq dənizində Almaniyaya məxsus "Hamburq” gəmisinin Türkiyəyə məxsus "MV Roseline A” ticarət gəmisində apardığı qanunsuz axtarışa münasibət bildirərkən deyib.

Türkiyə XİN-in sözçüsü deyib ki, sözügedən məsələ ilə bağlı müdaxilə nə rəsmi Türkiyə, nə də "MV Roseline A” gəmi kapitanın razılığı olmadan baş verib: "Kapitan əməkdaşlıq şərtləri çərçivəsində gəmidəki yük haqqında məlumat verib. Buna baxmayaraq, dünən saat 17:45-də "İrini” hərəkatı tərəfindən gəmiyə çıxılaraq kapitan da daxil olmaqla, bütün heyətin üzərində axtarış aparılıb, kapitanın başı üzərində silahlı hərbçi dayanaraq, sərt hava şəraitində zor tətbiq edilməklə bütün konteynerlərdə axtarış həyata keçirilib. Gecə yarısına qədər davam edən bu müdaxilə ölkəmizin israrlı etirazından sonra başa çatıb. Silahlı heyət ticarət gəmisini sabah saat 09:38-də tərk edib”.

Diplomat qeyd edib ki, "İrini” hərəkatı Avropa İttifaqı tərəfindən irəli sürülən, ancaq məqsədi və faydası mübahisə doğuran bir hərəkatdır: "Avropa İttifaqının qanuni Liviya hökuməti, ölkəmiz və ya NATO ilə məsləhətləşmədən başlatdığı "İrini” əməliyyatının bitərəfliyi hazırda müzakirə olunur. Ölkəmizdən Liviyaya daşınan gəmilərə tətbiq olunan bu ikili standart və qanunsuz davranış əsla qəbul edilə bilməz. Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, "İrini” hərəkatı qərəzli bir əməliyyatdır. Hüquqi əsası olmayan bu qanunsuz hərəkəti şiddətlə qınayırıq və bundan yarana biləcək zərərlərə, itkilərə qarşı hər cür kompensasiyanın ödənilməsi hüquqları təbii olaraq qorunur”.

Qeyd edək ki, Avropa İttifaqı Dəniz Qüvvələri Birləşmiş Millətlər Təşkilatının Liviyaya silah məhdudiyyətləri tətbiq etmək məqsədi ilə 31 mart 2020-ci ildən Aralıq dənizində "İrini” (yunanca barış) əməliyyatına başlanıb. Lakin BMT Təhlükəsizlik Şurasının 2 292 saylı qətnaməsinə görə, "İrini” əməliyyatı qərəzli və qanunsuz bir əməliyyat hesab edilir.