Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi
23.11.2020
Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili istefa verib.
Bu barədə N.Mezvrişvili Feysbuk səhifəsində yazıb.
O, bildirib ki, 13 illik fəaliyyətdən sonra dövlət sektorundan ayrılır.
Qeyd edək ki, N.Mezvrişvili 2019-cu ilin sentyabrında hökumət administrasiyasının rəhbəri təyin olunub. Həmin vaxtadək o, daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.