Nurçuluq təbliğatı aparan “imam” HƏBS EDİLDİ
03.07.2018
Rusiyanın Novosibirsk şəhərində Komil Odilov adlı imam tutulub.
"Dövran Media" xəbər verir ki, o, Rusiyada qadağan olunan nurçuluğun Novosibirskdə hücrələrini yaratmaqda ittiham edilib. Odilova 2 il həbs cəzası verilib.
Qeyd edək ki, Odilov bundan öncə də eyni ittihamla həbs edilmişdi. O, Türkiyədəki nurçularla aktiv əlaqədə ittiham olunmuşdu.