Əmlakın siyahıya alınması qaydasında - Yenilik
23.11.2020
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, Məcəllənin əmlakın siyahıya alınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə əlavə edilib.
Bu əlavə markalanmış əmlaklarla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış əmlakların da siyahıya alınması qaydasını müəyyən edir.