21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Makron İkinci Hitler olmaqda israr edir

23.11.2020

Avropa bir dəfə valideynlərin uşaqlar vasitəsi ilə izlənməsini 20-ci əsrin 30-cu illərində yəhudi uşaqların üzərində təcrübədən keçirib. Bunun nə ilə nəticələndiyi dünyaya məlumdur.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli müsəlman şagirdlərin izlənməsi üçün onlara kod çiplər birləşdirilməsi haqda Fransa parlamentinə təqdim edilən "Qlobal təhlükəsizlik haqqında” qanun layihəsi haqda danışarkən deyib.

O bildirib ki, bu çiplər vasitəsi ilə məktəblilərin radikal dini qruplara cəlb olunması, valideynlərin bunda rolu izlənəcək:

"Makron seçki təbliğatını rəqibi Marin Le Penin milliyyətçi mesajlarının tənqidi üzərində qurmuşdu. Amma Marin Le Pen də bu qədər radikal təkliflər irəli sürməmişdi. Makronun müsəlmanlara qarşı davranışları faşistlərin yəhudilərə qarşı davranışlarına bənzəyir.

Bütün müsəlmanlar terrorçu deyil. Müsəlmanlar Avropa küçələrində özünü partlatmaq arzusunda da deyil. Digər tərəfdən, bu gün Yaxın Şərqdə, Əfqanıstanda və digər müsəlman ölkələrində bu və bu kimi terrorçu fəaliyyətləri dəstəkləyən qüvvələr Qərb ölkələridir. Bunu bütün dünya bilir.

Makronun onsuz da Avropada günü-gündən artan islamaforbiyanı dəstəkləməsi və bunu özünün siyasi kursu halına gətirməsi qəbuledilməzdir. Fransa kimi dünya tarixinə vacib dəyərlər verən bir ölkənin, ölkə başçısının neofaşist və şovinist mövqe sərgiləməsi doğru deyil.

Makron radikal milliyyətçi bir siyasətçidir. Bu, hətta o dərəcə bir hal alıb ki, buna milliyyətçilikdən çox "fransız şovinizmi” demək daha doğru olar. Maraqlıdır ki, elə "şovinizm” sözünün yaradıcısı da Fransa imperatoru Napoleon Bonapartın ordusunda xidmət edən Nikolas Şovendir. Bu mənada Makron üçün şovinizm əslində, doğma bir ideologiyadır”.

Politoloq bildirib ki, görünür, Fransa Prezidenti Makron özünə siyasi kumir olaraq Adolf Hitleri görür:

"Fransa parlamentinə təqdim edilən "Qlobal təhlükəsizlik haqqında” qanun layihəsi ötən əsrin 30-40-cı illərində Nasist Almaniyasının yəhudilərə tətbiq etdiyi qayda ilə eynilik təşkil edir. Nasistlər də məhz yəhudi olan şəxsləri fərqləndirmək üçün onların qoluna sarğılar bağlayır, hətta bəzən bu şəxsləri damğalayırdı.

Bənzərlik bariz şəkildə ortadadır. Fransa bu gün neonasizmin ən çox yayıldığı ölkələrdəndir. Görünür, Makron qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün uşaq qatili, soyqırım törədən, vandal ermənilərdən sonra indi də əli yəhudi xalqının qanına batan Adolf Hitlerin davamçıları neonasistlərin dəstəyini almaq istəyir”.