21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu müharibə Akopyanın göstərişi idi

23.11.2020

General Movses Akopyan həqiqətləri açıqladı. Bizə bir dövlətin olduğunu, insan olduğumuzu dedilər, yalnız bütün bunlardan sonra biz "insan” adını daşıya bilmərik. Çox pis hissdir, bu vaxt ərzində bizi otarıblar, heyvanlaşdırıblar.

DM xəbər verir ki, bu barədə Ermənistanın "168.am” nəşri məqalə dərc edib.

"Bir ailənin nazına görə müharibədə məğlub olduq. Anna Akopyan yalnız Baş nazirin xanımı olduğuna görə qapalı bölgəyə daxil ola bildi. Onun orada olmaq hüququ yox idi, bəs nəyə görə getdi? Onun şəxsi səbəbləri var idi. Bunu qoyaq kənara, bir telefon zəngi ilə müharibədə ordumuza hava, su kimi lazım olan generalı İrəvana çağırtdırdı, vəzifəsindən qovdurdu. Bu dövlətə, dövlətçiliyə layiqmi? Bu ailə ilə müharibədə qələbə qazana bilərdikmi?” - deyə "Bu müharibə qadının göstərişi idi” adlı məqalədə bildirilib.

Materialda Nikol Paşinyanın savadsızlığı vurğulanaraq müharibədən əvvəl etdikləri də qeyd olunub:

"Kişi ilə qadın arasındakı münasibətlər nəticəsində müharibəni uduzduq. Bunun əvəzində fəxr edirik ki, Baş nazirimiz Ermənistana gələn Rusiya prezidentini qəbul etməmişdi, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar Baş nazirimiz Vladimir Putinin dəvətini rədd etmişdi. Dərk etmirik ki, bu, savadsız yanaşma, ambisiya üzərində qurulmuş siyasət idi, hansına görə ki, oğullarımız həlak oldu, "artsax”ı itirdik”.

Qeyd edək ki, ermənilər 30 ildir işğalda saxladıqları torpaqların azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpasını həzm edə bilmir, bütün beynəlxalq hüquq normalarına zidd olaraq, açıqdan-açığa işğal etdikləri ərazilərin əllərindən çıxmasından "ərazi itkisi” kimi bəhs edirlər.