Heç kim bizə hörmət etmir-Aşotyan
23.11.2020
İmzaladığımız kapitulyasiyadan sonra demək olar ki, bütün dünyanın bizə yazığı gəlir və heç kim bizə hörmət etmir.
DM xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının sabiq deputatı Armen Aşotyan paylaşıb. O, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə Ermənistanın ayağa qalxmaq üçün daha bir şansının yaranacağını bildirib.
Aşotyan Paşinyan hakimiyyətdən uzaqlaşdırılmayacağı təqdirdə Ermənistanın "geosiyasi kor bağırsağ”a çevriləcəyini deyib.