Əsəddən ŞOK ADDIM
23.11.2020
Bəşər Əsəd rejimi 2018-ci ildə müxaliflərlə əldə olunan razılığı pozaraq, son 2 ildə 98 nəfəri xüsusi amansızlıqla qətlə yetirib.
DM xəbər verir ki, bu barədə Suriya TV kanalı məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər razılaşmaya görə, sahib olduqları əfv hüququndan yararlanmaq üçün müxtəlif qurumlara müraciət ediblər. Bunun müqabilində isə işgəncə ilə öldürülüblər.
Qeyd edək ki, 2018-ci ildə Derada əldə edilən anlaşmaya əsasən, rejimlə uzlaşmağa razı olan hərbçilər və mülki şəxslərin əfv hüququndan yaralanacağı bildirilmişdi.