Lavrov və Şoyqu Ermənistana gedir
20.11.2020
Lavrov və Şoyqu Ermənistana gedir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Ermənistana səfər edəcək.
DM erməni mediasına istinadən xəbər verir ki, səfər 21 noyabr tarixində baş tutacaq. Səfərin gündəliyi hələ ki, açıqlanmayıb, lakin onların Baş nazir Nikol Paşinyanla görüş planlaşdırdığı məlumdur.
Nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk və Rusiya Federasiyasının iqtisadiyyat naziri Alexander Novak da daxildir. Heyət Ermənistanda bir neçə saat qalacaq.