Prezidentin çıxışı Türkiyə mediasında
20.11.2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamın işğaldan azad olunması ilə əlaqədar xalqa müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən qardaş ölkə ictimaiyyətinə canlı yayımla təqdim edilib.
DM xəbər verir ki, birgə bəyanata əsasən təcavüzkar Ermənistanın silahlı dəstələrinin geri çəkilməsi nəticəsində Ağdam rayonunun düşməndən azad edilməsi münasibətilə dövlətimizin başçısının noyabrın 20-də Azərbaycan xalqına müraciəti Türkiyə ictimaiyyətinin həsrətlə gözlədiyi xəbərlərdən idi. Prezident İlham Əliyevin müraciətindəki əsas fikirlər və çağırışlar Türkiyə mediasının manşet xəbərinə çevrilib.
Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilmiş Ağdam rayonu ərazisinə daxil olmasına dair proseslər iki gündür ki, Türkiyə KİV-lərinin əsas xəbəri kimi qalmaqdadır.