21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Maskanı cibində gəzdirənlərin NƏZƏRİNƏ

20.11.2020

Tibbi maskanın cibdə gəzdirilməsi təhlükəlidir.

DM Xezerxeber.az-a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və tibb sahəsi üzrə mütəxəssislər koronavirusdan qorunmağın 3 əsas şərti olduğunu bildirirlər.

Qeyd olunur ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına riayət mütləqdir. Tibbi maskalardan istifadə zamanı da diqqət edilməli məqamlar var.

Müşahidələr isə göstərir ki, bəzi sürücülər tibbi maskadan sanki avtomobillərin aksesuarı kimi istifadə edirlər. Onu ya salondakı güzgüdən asırlar, ya da daxili saxlanc yerində saxlayırlar.

Həkim Nahid Məhərrəmov deyir ki, saxlanc yerləri adətən təmiz olmadığından orda maska saxlanılması doğru deyil. Həkim həmçinin açıq məkanlarda da tibbi maskadan istifadənin məcburi edilməsinin son günlərdə COVID-19-a kütləvi yoluxmanın baş verməsi ilə izah edib.

Həkimlər bildirirlər ki, özündə koronavirus əlamətləri hiss edən şəxs dərhal təcili tibbi yardıma müraciət etməli və təcrid olunmalıdır.