Filippində Tanavan şəhərinin meri Antonio Xəlili snayperlə vurulub.
"Dövran Media" xəbər verir ki, bu barədə CNN məlumat verib.
Snayper şəhər administrasiyasının binası qarşısında keçirilən tədbirdə himn oxunulan zaman merə atəş açıb. Xəstəxanaya çatdırılan merin həyatını xilas etmək mümkün olmayıb.
Merin öldürülməsinə səbəb kimi onun bölgədəki narkotik ticarətinə qarşı çıxması göstərilir.