İranın əsas məqsədi...
20.11.2020
İranın əsas məqsədi ABŞ-ı İraqdan çıxartmaqdır.
DM xəbər verir ki, bunu ABŞ Mərkəzi Qüvvələr Komandalığının (CENTCOM) rəhbəri Kennet Makkenzi Prezident Donald Trampın hərbçilərin İraqdan çıxarılması qərarını tənqid edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdə varlığı hər baxımdan vacibdir:
"Bölgədəki dəniz yollarının, neft və ticarət fəaliyyətlərinin sərbəst hərəkəti təkcə ABŞ-ın deyil, həm də dünya ölkələrinin maraqlarına cavab verir".