Türkiyə deputatlarının yeni SAYI AÇIQLANDI
02.07.2018
Türkiyə Böyük Millət Məclisinin 27-ci müddəti üçün təmsil olunan deputatların sayı artıb.
"Dövran Media" "Anadolu Ajansı”na istinadən xəbər verir ki, bununla əlaqədar Türkiyə Böyük Millət Məclisində geniş dəyişikliklər ediləcək.
27-ci dövr üçün Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin sayı 600 nəfərə yüksəlib.
Bundan əvvəlki dövr üçün isə təmsil olunan millət vəkillərinin sayı 550 nəfər olub.
Bundan əlavə, parlamentdə təmsil olunan siyasi partiyaların da sayı 5-dən 8-ə yüksəlib.
Böyük Millət Məclisinin binasında yeni millət vəkilləri üçün yerlər qurulacaq və otaqlar düzəldiləcək.
Əvvəlki dövrdən qalan 267 millət vəkili öz otaqlarında qala biləcəklər.
Qalan 333 deputat üçün isə püşkatma təşkil edilib. Lakin nazirlər, prezident şurasının üzvləri, siyasi partiyaların qrup başçıları və beynəlxalq komissiya rəhbərlərini təşkil edən 60 deputata otaq çatmayıb.
Onlar üçün vəzifələrinin təyini və yeni otaqların tikilişindən sonra bu ayın sonu ya da avqust ayında yeni püşkatma olacaq.