21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyan arvadını iclasdan çıxaran generalı işdən qovdurubmuş

19.11.2020

Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan müharibə gedən zamanı Baş nazir Nikol Paşinynın arvadı Anna Akopyanla mübahisə edib.

DM xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Mübahisəyə səbəb Anna Akopyanın hərbi komandanlığın iclasında icazəsiz iştirak etməsi olub. Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan baş nazirin arvadından iclasın keçirildiyi məkanı tərk etməsini istəyib.

Erməni general Anna Akopyanı komanda məntəqəsində görüb. O, həmin vaxt monitorun qarşısında oturub döyüşün video yazısına baxırmış. General-leytenant Samvel Babayan da orada olub. Lakin o, məsələyə dair heç bir sual verməyib. General Akopyan baş nazirin arvadına yaxınlaşaraq iclasda işirakına ehtiyac olmadığını söyləyib:

"Dedim ki, lazım deyil, burada kişilər danışır, söyüş söyürlər. O, mənimlə razılaşdı və məni 4 saat sonra müdafiə naziri ilə görüşmək üçün İrəvana çağırdılar.

Dörd saatdan sonra məni müdafiə nazirini görmək üçün İrəvana çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə nazirlə getdim. Ancaq nazir mənə daha geri qayıtmayacağımı bildirdi".

Erməni generalın sözlərinə görə, Paşinyanın adından ona komanda məntəqəsinə getmək qadağası qoyulub.