21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yalan məlumat bizi yox etdi

19.11.2020

Qırx dörd günlük müharibə ərzində yalanlar ölkəmizə fayda vermədi, əksinə bizi yox etdi və ölkəmizi daha dərin bir böhran qarşısında qoydu.

DM xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin və Baş Qərargahın sabiq rəisi Movses Akopyan jurnalistlərə müsahibəsində deyib.

"Silahlı Qüvvələrin tərkibində bir məlumat mərkəzi var, hansı ki vəzifələrindən biri düşməni azdırmaq, yəni yalan məlumat yaymaqdır. Ancaq bu mərkəzdə yalanın reallığın 30%-dən çox olmaması meyarı var. Bizdə isə yalan 100%-i keçdi. Bunu anlamaq mümkün deyil.

Məlumat həqiqətə uyğun şəkildə verilməli və bununla yanaşı, düşməni mahiyyətindən yayındıracaq 30% dezinformasiya olmalıdır. Biz isə 100% dezinformasiya xarakterli məlumatlar yaydıq. Əsgərlərimizin, səfərbərlik iştirakçılarının, zabitlərin bu məğlubiyyətin niyə baş verdiyini anlamamalarının səbəbi də budur”, – deyə keçmiş Baş Qərargah rəisi bildirib.

Movses Akopyanın sözlərinə görə, Ermənistan hökuməti və mediasının yaydığı aciz yalanların nəticəsi olaraq bugün ölkədə etirazlar və aksiyalar bitmir, orduda parçalanma var, bir qrup insan qalib gəldiklərini, digər qrup müharibənin dayandırılmasının zəruri olmadığını, başqa bir qrup isə ümumiyyətlə, məğlub olduqlarını düşünür.