Lavrovla Zərif görüşür: Qarabağ müzakirə ediləcək
19.11.2020
Noyabrın 23-ü Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmməd Zərif arasında Qarabağ münaqişəsi mövzusunda görüş baş tutacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 13-dən 385 nəfərin meyiti təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir.