03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kəlbəcərdən Ermənistana kütləvi axın var

19.11.2020

"Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistana gedir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrın 14-dən Dağlıq Qarabağa üç mindən çox insan qayıdıb: "Onların sayı 3 054 nəfərdir”.

Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 13-dən 382 nəfərin meyiti təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir”.

M. Zaxarova ölkəsinin bu istiqamətdə ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırdığını qeyd edib: "Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO kimi təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Noyabrın 17-də Rusiya XİN başçısı Sergey Lavrov Moskvada BQKX prezidenti ilə hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsi məsələsini müzakirə edib. Hesab edirik ki, BQXK Dağlıq Qarabağda baş verən humanitar nəticələrin aradan qaldırılmasında vacib rol oynaya bilər”.