Paşinyan yaxın günlərdə əvəz ediləcək
19.11.2020
Ermənistan müxalifəti Nikol Paşinyandan sonra qurulacaq hökumətin rəhbəri vəzifəsinə irəli sürəcəyi namizədi elan edəcək.
DM xəbər verir ki, bunu Ermənistanın Vətən Partiyasının rəhbəri Artur Vanetsyan deyib.
"Buna ehtiyac yaranacağı mərhələdə bu qərarı qəbul edəcəyik. Onu deyə bilərəm ki, bu adam hər kəs üçün qəbul edilən olacaq. O gün uzaqda deyil. Yaxın günlərdə bəyanat olacaq”, – deyə o bildirib.