21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq KAMPANİYA

18.11.2020

"DAVAM” Ümumrespublika Gənclər Hərəkatı "Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verib.

DM xəbər verir ki, "Trend” İnformasiya Agentliyində baş tutan media-brifinqdə "DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, idarə heyyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər.

Bildirilib ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb:

"Bu bəyanatdan irəli gələn məssələlərdə işğal altında olan rayonlarımızın geri qaytarılma qrafiki yer alıb. Lakin mənfur xislətli düşmən qrafikə əsasən bu ərazilərdən çıxma prosesində maksimum şəkildə bu bölgəyə ziyan vuraraq, bu əraziləri tərk etməyə çalışır. Qarabağ meşələri, tərk edilən evlər yandırılır, ekologiyaya və bölgənin flora, fauna örtüyünə böyük ziyan vurulur. Biz bu ekoloji terroru sosial medianın erməni seqmentinin paylaşımlarında aktiv şəkildə görürük.

Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək”.

Qeyd edilib ki, bu işlərə paralel 16 noyabr axşam 21:00-dan etibarən gənclər dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları Feysbuk, Tvitter və İnstaqram üzərindən #StopArmenianEcoTerrorism həştəqi ilə paylamışlar edərək, sosial media istifadəçilərinin, beynəlxalq təşkilat və media quruluşlarının diqqətini bu mövzuya çəkməyə çalışırlar.

"DAVAM” Ümumrespublika Gənclər Hərəkatı gəncliyi və Azərbaycan ictimaiyyətini bu prosesdə də, Gəncə və Bərdə terrorunda olduğu kimi sosial media üzərindən aktiv vətəndaşlıq mövqeyini ortaya qoymasını xahiş edir.