Bölgənin dinc Qafqaza ehtiyacı var
18.11.2020
Bizim bölgənin və dünyanın dinc, sabit və demokratik Qafqaza ehtiyacı var.
DM Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə deyib.
Onun sözlərinə görə, dövlət katibinin bölgədəki yeni vəziyyət fonunda Gürcüstana səfərinin əhəmiyyəti artıb:
"Sülh və siyasi-iqtisadi inkişaf bizim ümumi maraqlarımıza cavab verir. Gürcüstan bu maraqların qorunması üçün ABŞ-ın layiqli və etibarlı tərəfdaşı olaraq qalır”.
S.Zurabişvili Gürcüstanın ərazi bütövlüyünə dəstəyə görə M.Pompeoya təşəkkür edib. O, Gürcüstan və ABŞ arasında mövcud əməkdaşlığın yeni səviyyəyə yüksələcəyinə ümidvarlıq ifadə edib.