03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yoluxma rekord həddə çatıb

18.11.2020

Azərbaycanda bu gün koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb.

DM xəbər verir ki, mövcud rəqəmlər Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaradır.

Baxmayaraq ki, Azərbaycanda rayonlara gediş-gəliş, təhsil sistemi və iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi il bağlı qadağalar qüvvədədir, üstəlik hərbi vəziyyətlə bağlı kommendant saatının tətbiqi də davam edir, yolxuma sayının əvvəlki aylarla müqayisədə bir neçə dəfə çox olması hamını narahat edir.

Mövcud vəziyyətdə yoluxma sayının bu qədər çox olmasının səbəbləri və vəziyyətdən çıxış yolları geniş müzakirə olunan məsələlərdəndir. Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla  bildirib ki, əslində Vətən uğrunda gedən haqq savaşı koronavirus pandemiyasını arxa plana salıb: "Məsələ burasındadır ki, biz indi koronavirusun ikinci dalğasını deyil, mərhələsini yaşayırıq. Virusun indiki halda yoluxma nisbəti yüksək olaraq qalır.

Bilirsiniz ki, yoluxma baş verdikdən sonra iki həftə müddətində klinik əlamətlər ortaya çıxır. Əslində Vətən uğrunda gedən haqq savaşı koronavirus pandemiyasını arxa plana saldı. İnsanlar sanki bunu unutdular, rayonlara gediş-gəliş asanlaşdı və miqrasiya yarandı. Həmçinin bir neçə dəfə yürüşlər oldu. Bu yürüşlərdə çoxlu insanlar iştirak edirdi. Heç bir karantin davranışı gözlənilmədi. Bunlar hamısı yoluxma potensalıdır və bunun şahidi oluruq.

Əslində birinci mərhələdə dünya ölkələri ilə müqayisədə Azərbaycanda epidemioloji vəziyyət daha qənaətbəxş idi. Hazırda bütün dünyada artım tendensiyası var. Ölkəmizdə bu artıma stimul verən mövcud hadisələr oldu".

Ekspert hesab edir ki, insanlar heç bir halda koronavirusu unutmamalıdır: "Biz hazırki vəziyyətdə iki cəbhədə döyüşürük. Biri ermənilərdisə, digəri koronavirusdur. Koronavirusa yoluxanların sayının azalması üçün qapalı mühitdə karantin göstərişlərinə ciddi əməl olunmalıdır. Ən dəhşətli vəziyyət ictimai nəqliyyatdadır. İctimai nəqliyyatda ciddi şəkildə bu qaydalar pozulur. Düzdür, metro işləmədiyi üçün ictimai nəqliyyatın üzərinə böyük yük düşüb, amma ortada yenə də məsuliyyətsizlik var.

İnsanlar özləri də vətəndaş müəsuliyyəti və ictimai şüur nümayiş etdirməlidir. Qapalı mühitdə maskadan düzgün istifadə olunmalı, fiziki məsafə gözlənilməli, əllərin giriş-çıxışda dezinfesiyasına diqqət yetirilməlidir. Bu qızıl qaydalar ÜST tərəfindən təsdiq olunub. Biz bunlara düzgün əməl edə bilsək, pandemiyanı yaşaya bilərik və azalma tendensiyası da baş verər.

Azalma bir müddətdən sonra bütün dünyada müşahidə olunacaq. Hələlik pik dövrünü yaşayırıq. Bir müddətdən sonra azalma və virusun tədricən zəifləyərək yoxa çıxması proqnozlaşdırılır".