21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşaya çəkilən yolda bunlar nəzərə alınacaq

18.11.2020

Şuşa şəhərinə yeni tikilən yolun inşasına başlanıb.

DM xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yeni yol Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə çəkiləcək:

"Artıq 3 gündür ki, yolun tikintisi aparılır. Yol Qarabağın gələcək perspektivi nəzərə alınmaqla çəkilir. Yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Yolun əsas hissəsi 4 zolaqlı olacaq. 2 hərəkət zolağı isə xidməti yol olacaq. Həmin 2 zolaq yük avtomobilləri və xüsusi texnikaların hərəkəti üçün hesablanıb. 101,5 kilometr uzunluğu olan yolun tam tikintisinin yekunlaşması 1 il 6 aya nəzərdə tutulub. Amma bu o demək deyil ki, il yarım müddətə qədər həmin yolda hərəkət olmayacaq. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək. Yol həm yerli, həm də xarici şirkətlər tərəfindən inşa ediləcək. Ərazinin relyefi nəzərə alınaraq həmin yolun tikintisinə Türkiyənin xüsusi ixtisaslaşmış tikinti şirkətləri cəlb edilib”.

A.Nəcəfli bildirib ki, yeni tikilən yolun əvvəllər fəaliyyətdə olan Ağdam-Xankəndi-Şuşa yoluna aidiyyatı yoxdur:

"Şuşa şəhərinə əvvəllər Ağdam rayonundan yol olub. Lakin bu yolun hələlik istifadəsi mümkün deyil. Ona görə də Şuşaya Füzuli rayonundan yeni yol çəkilir”.