"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Britaniya nazirləri Kralica II Yelezavetanın dəfni ilə bağlı gizli məşq keçiriblər.
Bu barədə The Times xəbər verib. Qəzetin yazdığına görə 10 günlük milli matəm mərasiminə hazırlıq məşqi keçən həftə olub. Məşqdə Devid Lidinqton, Böyük Britaniya baş nazirinin birinci müavini Tereza Mey, həmçinin daxili işlər naziri Sacid Cavid, cəmiyyətin palata lideri Andrea Litsom və Şotlandiya işləri üzrə nazir Devid Mandell iştirak ediblər.Castle Dove adlandırılan məşq D+1 koduna uyğun olaraq təşkilati işlərlə bağlıdır. Hansı ki, kraliçanın ölümünün sabahısı gün baş nazir rəsmən elan edəcək.
Xəbər verildiyi kimi, məşqin kraliçanın hazırkı vəziyyəti ilə hec bir əlaqəsi yoxdur. Ancaq II Yelizaveta 92 illiyindən bir həftə əvvəl anlaşılmazlıq olmasın deyə, Müqəddəs Pavel məbədinin işçilərini buraxmışdı. Daha öncə isə Böyük Britaniya kraliçasının katarakta əməliyyatının uğurlu kecdiyi də bildirilmişdi.