Azərbaycan və rus əsgərlərinin Xankəndindəki görüntüləri
18.11.2020
Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa olunub və biz boşaldılmış ərazilərdə mütəmadi olaraq ordumuzu yerləşdirməyə davam edəcəyik.
Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə yerləşdirilməsi haqda danışarkən deyib.
"Bu proses müqavilədə göstərilmiş son rayonun - yəni Laçının boşaldılacağı günə qədər davam edəcək. Hazırda rus sülhməramlı qoşunlarının əraziyə girməsiylə, erməni separatçılarının bu ərazidən çıxarılması prosesi paralel şəkildə aparılır”, – deyə Polkovnik Ramaldanov bildirib.
Polkovnik mətbuatda yayılan rus ordusu ilə Azərbaycan əsgərlərinin, Azərbaycan və Rusiya bayraqlarının fonunda Xankəndi şəhəri yaxınlığında çəkilmiş birgə fotonu da şərh edib:
"Bu onu göstərir ki, artıq bu proses mütəmadi davam edir və Azərbaycan tərəfi əməliyyatların gedişatını yaxından izləyir”.
Azərbaycana gələcək türk hərbi qüvvələrinin harda yerləşdiriləcəyi mövzusuna da toxunan Şair Ramaldanov Azərbaycanın artıq ərazi bütövlüyünü tam olaraq bərpa etdiyini, kimin, harda və necə yerləşdirəcəyinə yalnız müstəqil və suveren Azərbaycan dövlətinin qərar verə biləcəyini vurğulayıb.