Merkeldən Coronavirus mesajı
18.11.2020
Angela Merkel yeni növ koronavirusla mübarizədə (Covid-19) sosial təmasın daha da azaldılmasına çağırdı.
DM xəbər verirki, Angela Merkel, əyalət baş nazirləri ilə Covid-19 görüşündən sonra videokonfrans vasitəsi ilə jurnalistlərə açıqlama verdi.
Covid-19 səbəbiylə bu günə qədər görülən tədbirlərin epidemiyanın həddən artıq böyüməsinin qarşısını aldığını ifadə edən Merkel, "Baş verməyən hər təmas yaxşıdır", buna görə bir daha aydınlaşdırırıq; "Xüsusi məclislərdən və qeyd etmələrdən tamamilə çəkinməlisiniz." dedi.
Epidemiya ilə mübarizə üçün 25 Noyabrda bir toplantı keçiriləcəyini açıqlayan Merkel, 30 Noyabrda sona çatması planlaşdırılan məhdudiyyətlərin sərtləşdirilməsinin gələn həftə keçiriləcək iclasda gündəmdə olacağını bildirdi.