Azərbaycana alkoqollu içkilərin idxalı azalıb
18.11.2020
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 9 667,15 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% azalıb.
Cari ilin 10 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,67%-ə bərabər olub.
Hesabat dövründə qeyd olunan məhsulların ölkəyə idxalının dəyəri 53 110,37 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 8% azdır. Cari ilin yanvar-oktyabr aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,61% təşkil edib.